Banner

Azadlıq meydanında avtomobillərin qaydasız döyüşü - VİDEO

Qəzalar 27 Aprel 2014 13:52 Oxunub 2967
Azadlıq meydanında avtomobillərin qaydasız döyüşü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər dönmə əməliyyatını düzgün yerinə yetirmir, ərazidə nişan çatışmazlığı var

İzlədiyiniz bu qəzalar Hökumət Evinin qarşısında, Azadlıq meydanının baş tərəfində qeydə alınıb. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə görüntülənən qəzaların başvermə səbəbi eynidir…

Əvvəlcə onu qeyd etmək lazımdır ki, həmin ərazidə 8 zolaqlı yol var. Bəzi sürücülər dönmə əməliyyatını düzgün yerinə yetirməyərək 3-4-cü zolaqdan sola, yəni, «Hilton» otelinə tərəf dönməyə çalışırlar. Bu da ağır qəzaya səbəb olur. Əslində isə vurğulamaq yerinə düşər ki, həmin yolda sadəcə birinci və ikinci zolaqda, asfalt üzərində sola dönməni bildirən yol nişanları mövcuddur. Təəssüflər olsun ki, bəzi sürücülər həmin ərazidə 1-2-ci zolaqda hərəkət edərkən sola dönmədən hərəkəti davam etdirirlər. Bunu görə-görə bəzi sürücülər də 3-4-cü zolaqdan sola manevr edirlər. Bu halda, əlbəttə ki, qəza qaçılmazdır. Görüntülərə diqqətlə baxsanızgörərsinizki, «Range Rover» markalı avtomaşın hətta 8-ci –zolaqdan 1-ci zolağa keçməyə cəhdedirvə bu da qəza ilə nəticələnir. Əlbəttə, bunu yalnız təcrübəsiz və ya başqalarına yuxarıdanaşağı baxan sürücülər edə bilər. Digər bir mühim məqam isə həmin ərazidə sürücülərin əksəriyyətinin sürət həddini aşmasıdır. Normal sürətdə gördüyünüz bu qəzalardan yayınmaq olar. Amma bəzən qəzalar elə yüksək sürətdə törədilir ki, maşınlar hətta aşırlar. Odur ki, videoları izləyib bu mətni də oxuduqdan sonra HökuməEvinin qarşısında "qazınızı" alın və yaxud da sola dönəcəksinizsə 8-ci zolaqla yox, birinci və ikinci zolaqla hərəkət edin!

Həmin ərazidə qəzaların baş verməsinin başqa bir səbəbi isə yolların düzgün nişanlanmamasıdır. Belə ki, qəzaların baş verdiyi nöqtədən 100-150 metr əvvəldə yolun üstündə, yəni asma qaydada yol nişanları yerləşdirib istiqamətləri göstərməklə sürücüləri əvvəlcədən xəbərdar etmək olar. Hər halda, aidiyyatı orqanlar bu barədə ciddi düşünməlidir. Çünki həmin ərazidə yol qəzaları demək olar ki, hər gün baş verir.

P.S. Bu videoda təqdir olunası bir məqam va rki, qəza baş verdikdə ətrafdakı insanlar dərhal yığılıqəzaya düşənlərə köməedirlər. Yığılıqaydalara da əməetməyi öyrənsəydik

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh