Azərbaycanda 35 min manatlıq maşınını yandırdılar – FOTO

Sentyabrın 1-də 04:30 radələrində Xətai rayonunda yanğın hadisəsi baş verib. "Pluton" şadlıq sarayının yaxınlığında həyətlərin birində saxlanmış və şəhər sakini Məzahir Həsənova məxsus “Mersedec GL” markalı avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, avtomobilin yanar hissələri yanıb.
Zərərçəkənin sözlərinə görə, hadisə qəsdən törədilib: “Polislər araşdırma aparır. Ancaq mən fikirləşirəm ki, hadisə qəsdən törədilib. Çünki yanğından sonra maşının yanında 2 pivə şüşəsi var idi”.
Məzahir Həsənov yanğın zamanı avtomobilin sənədlərinin, sürücülük vəsiqəsinin yandığını da bildirib. Dəymiş ziyan təxminən 35 min manatdır. O qeyd edib ki, avtomobilin könüllü sığortası olmayıb: “Heç kim başına belə hadisənin gələcəyini bilmir. Əlbəttə, bilsəydim, sığortalayardım”.
“Alfa sığorta” şirkətinin hadisələr departamentinin direktoru Feyruz Novruzov fins.az-a bildirib ki, “Mersedes GL” markalı avtomobili bazar qiymətinə uyğun olaraq bir il üçün 1000 manata sığortalamaq olardı. Baş verən hadisədə tam məhvolma halı olduğu üçün zərərçəkən vətəndaş 35 min manat sığorta ödənişi ala bilərdi.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












