Azərbaycanda 82 yaşlı sürücü ağır qəza törədib
Qəzalar
16 Oktyabr 2014 12:04

Yaşlı sürücü idarə etdiyi minik maşını ilə yolu keçmək istəyən piyadanı vurub
Balakəndə 82 yaşlı sürücü idarə etdiyi minik maşını ilə yolu keçmək istəyən piyadanı vurub. APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 150-ci kilometrliyində, Balakən şəhəri ərazisindən keçən hissəsində baş verib. 1932-ci il təvəllüdlü, Balakən rayonu Kortala kənd sakini Məhəmməd Əhməd oğlu Eminov idarə etdiyi “VAZ 2106” markalı avtomobili ilə Balakən rayonu Katex kənd sakini, 1959-cu il təvəllüdlü, Elmihəyat Nurmöhmə qızı Baydarovanın vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 55 yaşlı qadın Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Oxunub : 1725
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
8 Oktyabr 2026 10:11
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
ŞƏRH YAZ












