Banner

Paşinyandan müxalifətə sərt hədə: "Azərbaycanla sülhə mane olursunuz!"

Gündəm 18 Noyabr 2026 20:49
Paşinyandan müxalifətə sərt hədə: "Azərbaycanla sülhə mane olursunuz!"
WhatsApp kanalımıza abunə olun

Ermənistanın baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə maneə adlandırıb və siyasi proseslərin elə istiqamətdə inkişaf edə biləcəyini bildirib ki, müxalifət nümayəndələri artıq qanunverici orqanda təmsil olunmasınlar.

Avtosfer.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə o, parlamentdə keçirilən hökumət saatında çıxışı zamanı danışıb.

"Bu müxalifət sülhə maneə kimi mövqe tutur. Yəni yekun və tam sülhə gedən yolda qarşımızda bir maneə var və bu, parlament müxalifətidir. İndi bizim iki yolumuz var: ya ictimai təzyiq yaradırıq və müxalifət bu mövqeyindən imtina edir, ya da siyasi prosesləri elə istiqamətləndiririk ki, müxalifətin bu hissəsi artıq parlamentdə təmsil olunmasın. Qalanı texniki məsələdir", - deyə Paşinyan bildirib.

Baş nazir rəhbərlik etdiyi siyasi qüvvənin bu istiqamətdə addımlar atmaq üçün kifayət qədər siyasi iradəyə malik olduğuna əminliyini ifadə edib.

Oxunub : 84
ŞƏRH YAZ
Ad

E-mail

Şərh