Çiyin-çiyinə dəydilər deyə dava düşdü, işə polis qarışdı

Bakının Yasamal rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Avtosfer.az Demokrat.az-a istinadən xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində baş verib. Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Cəlil yaşadığı binanın blokunda əvvəllər tanımadığı Sadiqlə (adlar şərtidir – red.) ehtiyatsızlıqdan baş vermiş toqquşma səbəbindən mübahisə edib. Mübahisə zamanı o, Sadiqin sol üz nahiyəsinə qəsdən yumruq zərbəsi endirərək ona xəsarət yetirib.
Faktla bağlı Cəlilə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Cəlil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və vurduğu zərəri tam ödədiyini bildirib.
Zərərçəkmiş Sadiq də ifadəsində Cəlillə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını təsdiqləyib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cəlil cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət təqibinə xitam verilib.
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq
Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının FOTOLARI
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT












