Azərbaycanda ailə dramı: toydan qayıdan qardaşlar öldü

Azərbaycanın Qax rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə noyabrın 30-u axşam saat 22:00 radələrində, Qax-Qum avtomobil yolunda qeydə alınıb. 1958-ci il təvəllüdlü, Qax rayonunun Qum kənd sakini Fətəli İsrafil oğlu Hüseynov “VAZ 2103” markalı, 10 HG 547 dövlət nömrə nişanlı avtomobillə rayon mərkəzindən Qum kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı qoz ağacına çırpıb. Qəza nəticəsindən ağır bədən xəsarəti alan, sürücü Fətəli Hüseynov, onun həyat yoldaşı - 1960-cı il təvəllüdlü, Sevda Məmməd qızı Hüseynova və sürücünün qardaşı - 1945-ci il təvəllüdlü Tarix İsrafil oğlu Hüseynov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Qax RMX-dan APA-ya verilən məlumata görə, sürücü Fətəli Hüseynov xəstəxanaya aparılarkən yolda, onun qardaşı 69 yaşlı Tarix Hüseynov isə xəstəxanaya çatdırıldıqdan bir qədər sonra dünyasını dəyişib.
Sevda Hüseynovanın vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Məlumata görə, qəzaya düşənlər rayon mərkəzindən qohumlarının toy mərasimindən kəndə qayıdırmışlar. Sürücünün içkili olduğu, avtomobili çox sürətlə idarə etməsi ehtimal olunur.
Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO


















