Azərbaycanda avtobus “07"ni dərəyə aşırdı - VİDEO

Qazaxda biri avtobus olmaqla üç avtomobil toqquşub. Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-nin verdiyi məlumata görə, Türkiyə vətəndaşı, 1962-ci il təvəllüdlü Yılmaz Toprağın idarə etdiyi sərnişin avtobusu Qazax rayon sakini, 1992-ci il təvəllüdlü Süleyman Cəfərovun idarə etdiyi "Niva" markalı avtomobillə toqquşub. Sonra avtobus yolun kənarında dayanan, Qazax rayon sakini, 1952-ci il təvəllüdlü Tahir İsmayılova məxsus "VAZ-2107"yə dəyərək, maşını dərəyə aşırıb. Qəza nəticəsində "Niva"nın sürücüsü Süleyman Cəfərov və onun sərnişini, 1978-ci il təvəllüdlü Ramin Qasımov müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Xəstəxanadan yaralıların vəziyyətlərinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












