Azərbaycanda dəhşətli motosiklet qəzası: 3 ölü - VIDEO

Mingəçevirdə baş verən yol qəzasında ölənlərin adları açıqlanıb. Mingəçevir Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumatına görə, hadisə gecə saatlarında şəhərin Nərimanov prospektində qeydə alınıb. Minik maşını ilə motosikletin toqquşması nəticəsində 2 nəfər hadisə yerində, 1 nəfər xəstəxanada dünyasını dəyişib. Ölənlər motosikletin sürücüsü və sərnişinləri - Mingəçevir sakinləri 52 yaşlı Mustafayev Sofiq Müseyib oğlu, 24 yaşlı Mustafayev Rasim Sofiq oğlu və 16 yaşlı Səfərov Mirsahib Namiq oğludur. Faktla bağlı polis şöbəsində araşdırmalara başlanıb.
***
10.37
Mingəçevir şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “VAZ” markalı minik avtomobili ilə “İJ” markalı motosiklet toqquşub. Toqquşmadan sonra baş vermiş yanğın nəticəsində motosikletin təkərləri və yanacaq çəni yanıb. Hadisə zamanı hər iki sürücü müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb. Motosikletdəki sərnişin isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobilin və motosikletin qalan hissəsi yanğından mühafizə olunub.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












