Azərbaycanda qadın sürücü mağazaya maşınla girdi - FOTO - VİDEO
Qəzalar
2 Dekabr 2022 15:35

Xaçmazda “Subaru” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və maşın mağazaya çırpılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini Rəna Hüseynova avtomobili mağazanın qarşısındakı duracaqda saxlamaq istəyərkən idarəetməni itirib. Nəticədə avtomobillə obyektin şüşələrini sındıraraq içəri daxil olub. Həmin vaxt ticarət obyektində satıcı və alıcılar olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Sürücü də qəza zamanı yaralanmayıb.
Avtomobil rəfləri dağıtdığından sahibkara ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
azertac
Oxunub : 2220
DİGƏR XƏBƏRLƏR
24 Noyabr 2026 13:36
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
24 Noyabr 2026 12:36
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - ANBAAN VİDEO
24 Noyabr 2026 11:06
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
24 Noyabr 2026 10:18
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
24 Noyabr 2026 10:00
Sabunçuda AĞIR QƏZA: Ölən var
24 Noyabr 2026 09:30
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
24 Noyabr 2026 09:23
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
24 Noyabr 2026 09:11
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
23 Noyabr 2026 17:00
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
23 Noyabr 2026 15:18
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
23 Noyabr 2026 12:03
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
23 Noyabr 2026 11:23
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
ŞƏRH YAZ











