Azərbaycanda toy karvanı qəzaya uğradı: 5 nəfər öldü - FOTO - VİDEO (TƏFƏRRÜATLAR, YENİLƏNİB)

Biləsuvar rayonundaKI dəhşətli yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün saat 14:30 radələrində Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhərinə Ağcəbədi rayonundan gəlin gətirən toy karvanında iştirak edən "VAZ 21124" markalı minik avtomobili dönmə əməliyyatında sürətini azalda bilməyərək Salyan rayon sakini, Bayram Mehtiyevin idarə etdiyi ağırtonnajlı "MAN" markalı yük avtomobilinə çırpılıb.
Minik avtomobilinin sürücüsü 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu və üç sərnişin - 1990-cı il təvəllüdlü Hüseynova Aidə Yasər qızı, 1958-ci il təvəllüdlü Hüseynova Mehriban Hüseyn qızı və 1995-ci il təvəllüdlü İsayev Vasif Əkbər oğlu hadisə yerində ölüb. Onların meyiti FHN-nin müvafiq qüvvələri tərəfindən avtomobildən çıxarılıb. Avtomobildə olan daha bir şəxs isə, 1991-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Akif qızı ağır vəziyyətdə Biləsuvar Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, həyatını itirən şəxslər yaxın qohumdurlar və Cəlilabad rayonunun Göytəpə şəhər sakinləridir. Dünyasını dəyişən X. Hüseynova bu gün toyu planlaşdırılan bəyin bacısıdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
**
"Biləsuvar-Bəhrəmtəpə yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı beş nəfər həyatını itirib".
Bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
"Yol-nəqliyyat hadisəsi bu gün saat 14:50-də Biləsuvar-Bəhramtəpə yolunun beşinci kilometrliyində, Çaylı kəndi ərazisində qeydə alınıb.
Hadisə VAZ21-124 markalı 15-BV-628 dövlət qeydiyyat nişanlı avtomobillə MAN markalı 07-ZB-938 dövlət nömrə nişanlı yük avtomobilinin toqquşması nəticəsində baş verib. Nəticədə VAZ21-124-ün sürücüsü və dörd sərnişini həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev bildirib.
(oxu.az)
***
Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir, yaralılar var.
Faktla bağlı araşdırma aparılır.
Saman daşıyan yük maşını sərt döngədə avtomobillərin üzərinə aşdı - VİDEO
İran vətəndaşı Bakı-Quba yolunda qəzaya səbəb oldu: YARALI VAR - YENİLƏNİB
Bakı-Qazax yolunda ağır qəza - Yük avtomobilləri toqquşdu - VİDEO - YENİLƏNİB
Sumqayıtda qaldırıcı kran aşdı - FOTO
Gəncədə maşının arxa təkəri dəmirə dəydi; ağır qəza baş verdi - Ölən var
Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU - FOTO
Yüksək sürət ağır qəzaya səbəb oldu – Sərnişin maşından havaya uçdu – ANBAAN VİDEO
Yasamalda qəza törədən moto-kuryer hadisə yerindən qaçdı - REAL VİDEO
Laçın-Şuşa yolunda HƏRBÇİLƏR QƏZAYA DÜŞDÜLƏR: ÖLƏN var - YENİLƏNİB
Faciəli şəkildə ölən gizirin FOTOsu
"Gənclik”də 2 marşrut avtobusu toqquşdu - FOTO














