Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır

Ləğv prosesində olan "AGBank" ASC-nin Bakıda yerləşən iki daşınmaz əmlakı ümumilikdə 7 milyon 250 min manat ilkin qiymətlə dekabrın 2-də hərraca çıxarılacaq.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, satışa çıxarılan əmlaklardan biri Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 2, 615-ci məhəllə ünvanındadır.
İstifadədə olan 0.098730 hektar torpaq sahəsində yerləşən təmirli qeyri-yaşayış binasının ümumi sahəsi 965 kvadratmetrdir. Binanın ilkin satış qiyməti 6 milyon 500 min manat müəyyənləşdirilib.
İkinci obyekt Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 381-ci məhəllə, ev 71 ünvanında yerləşir. Söhbət 17 mərtəbəli binanın birinci mərtəbəsi və antresolundakı 230.20 kvadratmetrlik təmirli qeyri-yaşayış sahəsindən gedir. Bu obyekt üçün 750 min manat ilkin qiymət qoyulub.
Qeyd edək ki, "AGBank"ın əsas səhmdarı və Müşahidə Şurasının sədri keçmiş deputat Çingiz Əsədullayev olub. Bankın digər səhmdarları arasında Beynəlxalq Maliyyə Korporasiyası (IFC), "Kazimir Partners" şirkəti, Fərzulla Yusifov və Qriqori Marçenko da yer alıb.
Mərkəzi Bank "AGBank"ın lisenziyasını 12 may 2020-ci ildə ləğv edib. Qurumun həmin vaxt açıqladığı məlumatda bankın kapitalını tam itirdiyi və kreditorlar qarşısındakı öhdəliklərini yerinə yetirə bilmədiyi bildirilib. Aprelin sonuna kredit portfelinin 51 faizi qeyri-işlək olub. Ehtiyatlarla bağlı düzəlişlərdən sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil edib. Kapitalın bərpasına isə əlavə 212 milyon manat tələb olunub.
Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə "AGBank" müflis elan edilib, barəsində iflas proseduruna başlanılıb və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunub.
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq
Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının FOTOLARI
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO












