Azərbaycanlı FİFA referisi avtomobil qəzasında öldü

Azərbaycanlı FİFA referisi Xəlil Hüseynli dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, bu barədə apasport.az saytına AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov məlumat verib. O bildirib ki, 29 yaşlı hakim bu gün avtomobil qəzasında həlak olub. “Xəlil Hüseynli avtomobil qəzasında dünyasını dəyişib. Hazırda onun hüzr mərasimindəyik” - deyə, HK sədri bildirib. Futzal üzrə FİFA referisi olan Hüseynli bu gün səhər 11:00-12:00 radələrində Zabrat yolunda ağır avtoqəzaya düşüb. Nəticədə 29 yaşlı hakim faciəvi şəkildə dünyasını dəyişib, İdarə etdiyi VAZ 2106 markalı avtomobil isə tamamilə yararsız hala düşüb. X.Məmmədov bildirib ki, mərhum bu dəqiqələrdə torpağa tapşırılacaq: “Acı xəbər bizi sarsıtdı. Özümüzü pis hiss edirik. Cənazəsi evindən götürülür. İndilərdə mərhumu torpağa tapşıracağıq”.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












