Azərbaycanlı müğənni qəzaya düşdü: yaralı var

Müğənni Rüfət Axundov qəzaya düşüb. Milli.Az aznews.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində baş verən hadisəyə başqa sürücü səbəb olub. Belə ki, nömrə nişanı bəlli olmayan "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə müğənninin idarə etdiyi “Toyota” markalı avtomobilə çırpılıb, daha sonra isə yaxınlıqdakı dayanacaqda avtobus gözləyən bir şəxsə dəyib. Həmin şəxs bərk əzilib və Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. Məlum olub ki, "VAZ 2107" markalı avtoomobilin sürücüsü Səxavət adlı şəxsdir. Hadisə şahidlərinin sözlərinə görə, o, Biləcəridə yerləşən DYP-nin Binəqədi rayon cərimə meydançasının (Binəqədı, Xarici Dairəvi, 3123) nəzarətçisidir. Rüfət Axundov xəbəri təsdiqləyib. O, açıqlamasında bildirib ki, qəza iki gün öncə olub: “Hadisə qəfildən oldu. Mənim avtomobilimə çox da ziyan dəyməyib”. Müğənni hadisənin təfərrüatlarını danışmaqdan boyun qaçırıb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












