Bacı-qardaşı vuran maşın başqa avtomobilə çırpılıb- FOTO

Paytaxtın Nərimanov rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya istinadən məlumat verir ki, qəza rayonun Fətəli xan Xoyski prospektində qeydə alınıb. Prospektlə yüksək sürətlə hərəkət edən "Hyundai" markalı minik avtomobilinin sürücüsü yolu keçmək istəyən bacı və qardaşı - 17 yaşlı Fariz Əhmədov və 22 yaşlı Aysel Əhmədovanı vurub. Avtomobil daha sonra əks istiqamətdən gələn KİA markalı nəqliyyat vasitəsinə çırpılıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları gəliblər. Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, onların həyati təhlükəsi yoxdur.
Qəzanın başvermə səbəbi araşdırmalardan sonra məlum olacaq.
Qəza nəticəsində prospektdə müvəqqəti tıxac da yaranıb. Yararsız vəziyyətə düşmüş avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Bundan sonra avtomobillərin hərəkəti bərpa olunub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO

















