Bakı-Ələt yolunda AĞIR QƏZA: Avtobus treylerə çırpıldı, ölən var - AYNA-dan AÇIQLAMA - FOTO - VİDEO - YENİLƏNİB

Qaradağda baş verən yol qəzası ilə əlaqədar əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Bu barədə TƏBİB-dən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, 2025-ci il yanvarın 4-də saat 10:40 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
Dərhal hadisə yerinə briqada cəlb olunub.
Xəsarət alan iki nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunur.
Bir nəfərə isə stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub.
***
Bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib.
Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilir ki, hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.
**
Bakı-Qazax magistral yolunda "BakuBus" avtobusu ilə yük avtomobili toqquşub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Avtosfer.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə bu gün saat 10:30 radələrində Bakı-Qazax yolunun 24-cü kilometrliyində baş verib.

Onun sözlərinə görə, 99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış 77-FF-02 Tacikistan dövlət nömrə nişanlı “Volvo” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.





Tovuzdakı qəzada həyatını itirən qazinin - FOTOsu
"Babək"də yük avtomobili mağazaya çırpıldı; obyektə və maşına ziyan dəydi - VİDEO
DƏHŞƏTLİ QƏZA: 15 yaşlı yeniyetmə və 9 yaşlı uşaq öldü - FOTO
Ağır TƏYYARƏ QƏZASI - ÖLƏNLƏR VAR - YENİLƏNİB
Balaxanıda “Prius” işıq dirəyinə çırpıldı - VİDEO
Bakının mərkəzində zəncirvari qəza; “Prius”, “KIA” və Changan” toqquşdu - VİDEO
Beyləqanda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı - FOTOLAR
İdarəetmədən çıxan “Mercedes” beton maneənin üzərinə dırmandı - VİDEO
Naxçıvanda “BMW” ilə toqquşan “Hyundai” tanınmaz hala düşdü - VİDEO
Aeroport şosesində dəhşətli qəza - ANBAAN VİDEO
Bakıda "Qazel" motosikletlə toqquşdu: Ölən var










