Bakı-Quba yolunda qadın sürücü qəza törətdi, qardaşı xəsarət aldı - YENİLƏNİB - VİDEO

Ötən gün Bakı-Quba yolunda “Hyundai” markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza nəticəsində 2 nəfər yaralanıb.
TƏBİB-dən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.04.2025-ci il tarixində saat 17:00 radələrində Bakı-Quba yolundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər Siyəzən Rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər isə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 1992-ci il təvəllüdlü şəxsə (qadın cinsli) sağ said nahiyəsinin yumşaq toxumalarının əzilməsi, stresə qarşı kəskin reaksiya diaqnozu təyin edilib. Ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1996-cı il təvəllüdlü şəxsə (kişi cinsli) isə boyunun, sol bazu və budun küt travması diaqnozları təyin edilib. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", - məlumatda qeyd olunub.
***
Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza aprelin 29-da saat 10:00 radələrində qeydə alınıb: “Hadisə Bakı-Quba yolunun 70-ci kilometrliyində (Bakı istiqamətində) baş verib. Belə ki, Əzizova Nargilə İzəddin qızının idarə etdiyi 90-OJ-029 dövlət nömrə nişanlı “Hyundai” markalı maşın yoldan çıxaraq beton arakəsməyə çırpılıb. Qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Hadisə zamanı avtomobildə olan sərnişin - Əzizov Elvin İzəddin oğlu yüngül dərəcəli bədən xəsarətləri alıb”.
Faktla bağlı araşdırma davam edir.
Nərmin
Salyanda qəza oldu - Xəsarət alanlar var
Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəza törətdi
Toydan qayıdan sərxoş kişi avtomobili aşırdı, 11 yaşlı oğlu öldü: Qəbələdəki qəzanın TƏFƏRRÜATI
Ata Abdullayev QƏZAYA DÜŞDÜ – VİDEO
Yolayrıcında qayda pozan sürücü qəzaya səbəb oldu – VİDEO
Bakıda skuterlə qadını vuran şəxs qaçdı, polis axtarışa başladı - VİDEO
Ödənişli yolda qarpız dolu TIR aşdı - FOTOLAR - VİDEO
Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR
İki avtomobil toqquşdu - Ölən və yaralanan var
"Nissan"la toqquşan “KİA” səkidə iki məktəblini vurdu; 14 yaşlı qızlar ağır yaralandı - VİDEO
Sabunçuda ağır qəza; avtobus “VAZ”a çırpıldı - VİDEO










