Bakıda 10 maşın toqquşub, ölən var – FOTO

Bakının Dərnəgül şosesində ağır yol nəqliyyat hadisəsi baş verib, 10 maşın bir-birilə toqquşub, ölən var. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, saat 23 radələrində Dərnəgül şossesinin Nərimanov rayonuna aid ərazisində 02 BL 304 dövlət nömrə nişanlı “Lifan” markalı maşınla 90 LN 425 dövlət nömrə nişanlı “Mercedes” toqquşub. Bu zaman arxadan sürətlə gələn 99 GK 743 dövlət nömrə nişanlı “Daevo Gentra” və 90 SR 038 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil də onlara çırpılıb.
Şossedə sürətlə hərəkət edən 90 LH 816 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobil də qəza törətmiş digər avtomobillərə çırpılıb.
Sürətlə gələn 90 JN 260 dövlət nömrə nişanlı “MAZ” da qəza törətmiş avtomobillərə çırpılıb. Şossedə hərəkətdə olan 10 ZE 823 dövlət nömrə nişanlı “Kamaz” isə “MAZ”a çırpılıb. “Kamaz”ın sürücüsü dərhal hadisə yerində ölüb. “Kamaz”ın çırpıldığı “MAZ” isə zərbənin təsirindən yolda hərəkətdə olan 10 HB 688 dövlət nömrə nişanlı “VAZ 2107”ə, o da öz növbəsində 90 EN 793 dövlət nömrə nişanlı “Mercedes”ə çırpılıb. “Mercedes” isə 90 LP 329 “Shevrolet Aveo” ilə toqquşub.
Hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyir. Magistralda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Hadisə nəticəsində bir nəfər ölüb, ağır xəsarət alan olmayıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO



















