Bakıda 200 minlik maşın avtobusa çırpıldı - VİDEO

İyulun 18-də axşam saat 20:55 radələrində Səbail rayonu ərazisində yol qəzası baş verib. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Badamdar qəsəbəsi ərazisində, «Qurd qapısı» restoranının qarşısında qeydə alınıb. Badamdardan üzü şəhər istiqamətinə hərəkətdə olan 200 min dollarlıq qara rəngli «Galendewagen» markalı minik maşını arxadan sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. «Galendewagen»in ön hissəsi əzilib. Hadisə yerinə yol polisləri gəlib. Avtobusdan düşürülən sərnişinlər başqa avtobusla yola salınıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb yolun sağ tərəfində avtomobillərin park edilməsi, bunun nəticəsində isə yolun daralmasıdır. Belə ki, hər gün burada park edilən maşınların ucbutandın iki zolaqlı yol bir zolaqlı yola çevrilir. Elə qəzaya da səbəb bu olub. Avtobus sağ zolaqla hərəkət edərkən «Galendewagen» soldan onu ötməyə çalışıb. Lakin döngədə yol qəflətən daraldığı üçün sürücülər bunu əvvəlcədən bilməyiblər və nəticədə qəza qaçılmaz olub.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












