Bakıda 300 minlik “Maybach” piyadanı keçidin üstündə vurub öldürdü - 99-AA-323 - VİDEO

Bayıl qəsəbəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu gün paytaxtın Neftçilər prospektində, Bayraq meydanının yaxınlığında hərəkət edən 99-AA-323 qeydiyyat nişanlı “Mercedes Maybach” markalı avtomobilin sürücüsü yolu müəyyən olunmamış yerdən keşən kişini vurub. Hadisə şahidlərinin sözlərinə görə başından zərbə alan piyadanın beyni yerə dağılıb. Qəza yeraltı piyada keçidinin düz qarşısında baş verib.
Sürücü Muradov Gülməmməd Məmməd oğlu bildirir ki, qəzadan yayınmağa çalışsa da yolu keçən piyada özünü maşının altına atıb.
Qeyd edək ki, həmin yerdə dəfələrlə ölümlə nəticələnən qəzalar baş verib. Bir neçə gün bundan əvvəl sözügedən prospektdə hərəkət sürəti aşağı endirilib. Lakin görünən mənzərədən məlum olur ki, sürücülər hərəkət sürətinə əməl etmir.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə 99-AA-323 qeydiyyat nişanlı “Mercedes Maybach” markalı avtomobil “Hermes Finans” şirkətinə məxsusdur.
Təbriz
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır











