Bakıda 35 yaşlı piyadanı avtomobil vurdu

Qəzalar 2 Sentyabr 2020 08:11
Bakıda 35 yaşlı piyadanı avtomobil vurdu
WhatsApp kanalımıza abunə olun

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Şükürov Ramin Zakir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona hər iki pəncənin aşıq-baldır oynağının əziyi diaqnozu qoyulub.

Oxunub : 1696
ŞƏRH YAZ
Ad

E-mail

Şərh