Bakıda ağır qəza: 1 qadın öldü, 2 yaralı var - FOTO

Bakıda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Binəqədi rayonu ərazisində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında “Jeep” markalı və “NazLifan” markalı avtomobillər toqquşub. Qüclü zərbədən aşan “Jeep” markalı avtomobildə yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım cəlb olunub. “Jeep” markalı avtomobildə başlayan yanğın tez bir zamanda yanğınsöndürənlər tərəfindən söndürülüb.
Məlumata görə, qəza nəticəsində “NazLifan” markalı avtomobildə olan qadın sərnişin hadisə yerində ölüb. Xilasedicilər xüsusi avadanlıqlar vasitəsi ilə qadının cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Hər iki avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.
Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
***
Bakıdakı ağır yol qəzasında dünyasını dəyişən qadının və xəsarət alanlardan birinin adı məlum olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, həlak olan "Lifan" markalı avtomobilin sürücüsü, Qarabağ əlili, 1975-ci il təvəllüdlü Sevil Abbasovadır. Ona əlillər üçün nəzərdə tutulan avtomobil iki ay əvvəl bağışlanıbmış. Həmin avtomobildəki iki sərnişin də xəsarət alıb. Onlardan biri axar.az saytının əməkdaşı Nihad Cəbrayıldır. O, yazıçı-publisist Pərviz Cəbrayılın qardaşıdır. Xəsarət alan Nihad Cəbrayıl Kliniki Tibbi Mərkəzə yerləşdirilib. İlkin ehtimala görə, qəzaya "JEEP" markalı avtomobilin sürücüsünün ötmə qaydalarını pozması səbəb olub.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO














