Bakıda ağır yol qəzası - 1 ölü, 5 yaralı

Bakıda iki avtomobil toqquşub. Avtosfer.az xəbər verir ki, Sabunçu rayon ərazisində1965-ci il təvəllüdlü Abasov Rizvan Vaqif oğlunun idarə etdiyi “Kia Rio” markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Baxışzadə Təbriz Ələz oğlunun idarə etdiyi “Skoda Rapid” markalı avtomobilin toqquşub.
Nəticədə “Kia Rio” markalı avtomobilin sürücüsü R.Abasov hadisə yerində ölüb. Həmin vaxtı yanında olan oğlu 1991-ci il təvəllüdlü Abasov Kənan Rizvan oğlu, eləcə də “Skoda Rapid” markalı avtomobilin sürücüsü T.Baxışzadə, sərnişinlər - 1986-cı il təvəllüdlü İsmayılov Rahib Sahib oğlu, 1961-ci il təvəllüdlü Əliyev Nazim Vahab oğlu, və 1995-ci il təvəllüdlü Qurbanov Qurban Saqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzi PHŞ-nə yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb.
***
İyulun 13-də saat 23:20 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Avtosfer.az-a TƏBİB-dən xəbər verilib.
Bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Goranboyda ağır qəza - Ölənlər var
68 yaşlı motosiklet sürücüsü qəzada ÖLDÜ
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Xalq artisti yol qəzası keçirib, vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - VİDEO
Zaqatalada maşın ağaca çırpıldı - Sürücü yanaraq ÖLDÜ
Bakıda dəhşətli qəza: “BYD” ilə toqquşan “Mercedes” ikiqat oldu - VİDEO
Yasamalda qəza: “BYD” yolun ortasında aşdı - VİDEO
Salyanda ağır QƏZA: 1 ölü, 2 yaralı - VİDEO
Hövsanda qəza: “Prius” aşıb yolu bağladı - VİDEO
İsmayıllıda AĞIR QƏZA: Ölənlər var - FOTO - YENİLƏNİB










