Bakıda ağır yol qəzası:1 ölü, 5 yaralı - FOTO

Ötən gecə Bakıda 1 nəfərin ölümü 5 –nin isə yaralanması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb. Sürücü 20 yaşlı Elsevər Səttarov idarə etdiyi “KİA” markalı avtomobillə Maştağa istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi ara yoldan magistrala çıxmaq istəyən 39 yaşlı Rüfət Həşimova məxsus “Honda “ markalı avtomaşına çırpılıb. Sükana sahib ola bilməyən sürücü, maşını qarşısında hərəkətdə olan “Opel”ə, daha sonra "VAZ 2107"ə çırpıb.
Baş verən qəzada hər iki avtomobilin sürücüsü və “Honda" da olan sərnişinlər - Aleftina Axundova, Emil Həşimov, Ömər Həşimov və İradə Axundova ağır vəziyyətdə 3 saylı Sabunçu xəstəxanası çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralı Aleftina Axundova reanimasiya şöbəsində dünyasını dəyişib. Digər yaralılara yardım göstərilib, vəziyyətləri kafi olaraq qalır.
Qeyd edək ki, ölən və yaralananlar bir ailənin üzvləri olub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR

















