Bakıda ana-balanı maşın vurdu, ana öldü - VİDEO

Bakıda ana və qızını maşın vurub. Avtosfer.az apa-ya istinadən məlumat verir ki, hadisə Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektində baş verib. Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyasından şəhər istiqamətində hərəkətdə olan "Opel" markalı 90 EM 062 dövlət nömrə nişanlı avtomobil Böyükşor qəsəbəsi ərazisində yolu keçən Vəfa Sadıqova və onun qızı, 12 yaşlı Fərqanə Sadıqovanı vurub. Ana aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib. Qızı isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çardırılıb. Hadisəni törətməkdə şübhəli bilinən sürücü Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR














