Bakıda ara məsafəsini gözləməyən sürücü öndəki avtomobili vurdu - VİDEO

Paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 19-da saat 18:37 radələrində qeydə alınıb. Belə ki, 99-UF-442 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil öndə hərəkətdə olan “Geely” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Kadrlardan görünür ki, “Geely” sürücüsü piyada keçidinə yaxınlaşarkən hərəkəti dayandıraraq yolu keçmək istəyən piyadalara üstünlük verib. Bu vaxt arxadan gələn “Mercedes”in sürücüsü ara məsafəsini düzgün qiymətləndirmədiyi və piyada keçidinə yaxınlaşarkən sürəti azaltmadığı üçün qarşıdakı avtomobilə çırpılıb.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Qeyd edək ki, sürücülər piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı, qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamalıdır. Xüsusilə keçidlərdə dayanmış və ya dayanmağa hazırlaşan avtomobillərə vaxtında reaksiya verilməməsi belə toqquşmaların əsas səbəblərindən biri kimi qiymətləndirilir.
Nərmin
Əyləclə qazı səhv salan xanım sürücü maşını aşırdı - VİDEO
Qəzaya səbəb olub bir neçə avtomobilə ziyan vuran sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Bu ölkədə hər 3 dəqiqədə 1 nəfər yol qəzalarında həyatlarını itirir - FOTO - VİDEO
Skuter və motosiklet toqquşdu; hər iki sürücü ağır yaralandı - VİDEO
Paytaxtda “QAZel”in yük yeri dağıldı, kartoflar yola səpələndi - VİDEO
Bakıda “KamAZ”la toqquşan avtomobil aşdı - ANBAAN VİDEO
Qəzaya səbəb olan polis avtomobilinin sürücüsü hadisə yerindən qaçdı - VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər xəstəxanalıq oldu - VİDEO
İsmayıllıda ağır qəza: ÖLƏN VAR - FOTO
Sabirabadda ağır yol qəzası baş verib - 3 ölü, 5 yaralı - FOTOLAR
İranda avtobus aşdı - Ölənlər var








