WUF13-də mətbuatın fəaliyyəti yüksək qiymətləndirilir – MEDİA - FOTO

Azərbaycanda keçirilən WUF13 – Dünya Şəhərsalma Forumu çərçivəsində yerli media nümayəndələrinin fəaliyyəti yüksək qiymətləndirilib.
Bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Avtosfer.az-a açıqlamasında bildirib.
Natiq Məmmədli vurğulayıb ki, Azərbaycan mediası beynəlxalq tədbirlərin işıqlandırılması sahəsində artıq ciddi təcrübə formalaşdırıb və bu potensial WUF13 zamanı da özünü aydın şəkildə göstərib.

O qeyd edib ki, COP29 zamanı əldə olunan peşəkar media təcrübəsi Dünya Şəhərsalma Forumunda bir daha uğurla tətbiq olunub. Forum çərçivəsində jurnalistlərin rahat və operativ fəaliyyəti üçün bütün zəruri şərait yaradılıb, müasir “newsroom” təşkil edilib, həm yerli, həm də xarici media nümayəndələrinin səmərəli işləməsi təmin olunub.
Natiq Məmmədlinin sözlərinə görə, Azərbaycan mediası tədbir müddətində yüksək operativlik və peşəkarlıq nümayiş etdirib. O vurğulayıb ki, beynəlxalq tədbirlərin geniş və dolğun şəkildə işıqlandırılması artıq yerli medianın formalaşmış üstünlüklərindən birinə çevrilib.
MEDİA rəsmisi hesab edir ki, forum müddətində medianın fəaliyyəti cəmiyyət tərəfindən də müsbət qarşılanıb. Onun fikrincə, beynəlxalq tədbirlər zamanı qazanılan bu təcrübə gələcəkdə jurnalistlərin peşəkar inkişafına və media sektorunun daha da güclənməsinə mühüm töhfə verəcək.
Eltac Zülfüqaroğlu
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












