Bakıda avtobus piyadanı vurub öldürüb - FOTO
Qəzalar
13 Fevral 2015 09:30

Faktla bağlı cinayət işi başlanılıb
Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apatv-yə istinadən xəbər verir ki, Şəhər şosesi, 4 ünvanında "İsuzu" markalı sərnişin avtobusu Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Piyada, 43 yaşlı Mahir Qılıncxan oğlu Həsənov ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xəstəxanadan hadisə barədə Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib. Keçirilən əməliyyat tədbirləri çərçivəsində avtobusun sürücüsü saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Sürücünün əməlinə hüquqi qiymət aparılan araşdırmaların yekununda veriləcək.
Oxunub : 1868
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
ŞƏRH YAZ













