Bakıda avtobus qəzası: yaralılar var

Bakıda sərnişin avtobusu və daha 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Böyükşor şösesidə qeydə alınan hadisə zamanı ilk öncə “Hyundai” və “Mercedes” maraklı iki minik avtomobili toqquşub. Maşınların yolun hərəkət hissəsinin mərkəzində dayanması sonradan 5 maşının iştirakçısı olduğu digər qəzaya səbəb olub. Belə ki, 148 saylı xətt ürə hərəkət edən “IVECO” markalı sərnişin avtobusu ilk öncə “Opel” maraklı minik maşının vurub. “Opel” öz növbəsində “VAZ 2107”-yə və “Audi” maraklı digər maşınlara çırpılıb. Zərncirvari qəzanın iştirakçısı olan “Auidi” öz növbəsində qarşıda hərəkət edən “Hyundai” maraklı başqa bir maşına dəyib. Avtobus isə “Mercedes” maraklı digər nəqliyyat vasitəsi ilə toqquşandan sonra dayanıb. Hadisə zamanı avtobus metronun Koroğlu stansiyasından üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olub. Şahidlərin sözlərinə görə, avtobusda olan sərnişinlər arasında xəsarət alanlar da olub. Hadisə vaxtı yaralanan sərnişinlər təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına aprılıb. Xəstəxanadan verilən məlumata görə, yol nəqliyyat hadisəsi ilə bağlı xəstəxanaya 6 nəfər gətirilib. Onlardan 4-nə ilkin tibbi yardım göstərilsə də, 2 nəfər travmatologiya şöbəsinə yerləşdirilib. Qəza Sabunçu dairəsi istiqamətində avtomobillərin hərəkətində sıxlığın yaranmasına da səbəb oldu. Hadisə iştirakçısi olan avtomaşınların ərazidən uzaqlaşdırılmasından sonra normal hərəkət bərpa olundu.
Hadisənin dəqiq səbəblərini müəyyən etmək üçün avtobusun eləcə də avtomaşın sahibləri ifadələrinin alınması üçün polis orqanına aprıldı. Qəza ilə bağlı sabunçu rayon polis idarəsində araşdırmalara başlanılıb. Hadisənin dəqiq baş vermə səbəblərini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin ediləcək. Anspress
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












