Bakıda avtobusla «06» toqquşdu: ölən var - FOTOLAR

Ötən gün axşam saatlarında Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Anspress-in məlumatına görə, hadisə zamanı 90 LB 189 dövlət nömrə nişanlı "Jiquli" markalı avtomobil 10 ZP 274 dövlət nömrə nişanlı "İsuzu" markalı avtomaşınla toqquşub. Qəza zamanı "Jiquli"də olan sürücü dünyasını dəyişib. Avtomobil yararsız hala düşüb. Digər maşında isə yüngül əzilmə qeydə alınıb. Hadisə yerinə Təcili Tibbi Yardım xidmətinin əməkdaşları cəlb olunub. Yol qəzası zamanı yol polis işçiləri hadisə yerində çəkiliş aparan jurnalistin vəzifə borcunu yerinə yetirməyə mane olublar. Buna baxmayaraq, hadisəni işıqlandırmaq mümkün olub. Əraziyə çoxlu sayda insan kütləsi toplanıb. Adıçəkilən ərazi üzrə avtomagistralda qısamüddətli sıxlıq yaranıb. Faktla bağlı istintaq başlayıb.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO
























