Bakıda avtomobil 18 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Qəzalar 17 İyun 2022 08:24
Bakıda avtomobil 18 yaşlı gənci vuraraq ağır xəsarət yetirib
WhatsApp kanalımıza abunə olun

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 2004-cü il təvəllüdlü Əliyev Nihad Qismət oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır

Oxunub : 2666
ŞƏRH YAZ
Ad

E-mail

Şərh