Bakıda avtomobil gənc oğlanı vuraraq öldürüb
Qəzalar
20 İyun 2022 09:47
Oxunub 1114

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Cəfər Xəndan küçəsində qeydə alınıb.
Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1990-cı il təvəllüdlü Abbasov Elvar Allahverdi oğlunu minik avtomobili vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən sürücü saxlanılıb
ŞƏRH YAZ













