Bakıda avtomobil yanaraq külə döndü

Gecə saatlarında paytaxtda avtomobil yanıb. APA-nın məlumatına görə, hadisə Nizami rayonu Babək prospektində qeydə alınıb. Prospektlə hərəkətdə olan "Daewoo" markalı avtomobil qəflətən yanmağa başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü avtomobili yol kənarında saxlayaraq ərazidən uzaqlaşıb. Dərhal hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını tez bir zamanda ala biliblər.
İlkin ehtimallara görə, yanğına avtomobilin elektrik naqillərində yaranan qısa qapanma səbəb olub. Yanğının qarşısı alındıqdan sonra avtomobil evakuator vasitəsi ilə ərazidən götürülüb. Nizami Rayon Yol Patrul Xidmətinin əməkdaşları avtomobilin sürücüsünün şəxsiyyətini və onun nə səbəbdən ərazini tərk etməsini araşdırır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO















