Bakıda bank işçisi faciəvi şəkildə öldü – FOTO

Dünən axşam Bakının Yasamal rayonunda Talıblı və Şərifzadə küçələrinin kəsişməsində Xəyal İbrahimovun idarə etdiyi "Daewoo" markalı avtomobil Ağaxan Muradovun idarə etdiyi "Az Samand" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib, ancaq həkimlərin səyinə baxmayaraq "Daewoo"nun sürücüsü dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, bu barədə aznews.az -ın əldə etdiyi məlimata görə, "Daewoo"nun sürücüsü NİKOİL bankın əməkdaşı olub. O, bankın problemli kreditlər şöbəsində çalışıb. Araşdırmadan sonra məlum olub ki, bu şöbənin əməkdaşları gecə vaxtı problemli müştərilərə məxsus olan avtomobilləri qovaraq ələ keçirirlər. Bu hadisə də elə həmin məqsədlə aparılan əməliyyat vaxtı baş verib.
***
Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Yasamal Rayon Polis İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, hadisə rayonun Talıblı və Şərifzadə küçələrinin kəsişməsində qeydə alınıb. Bakı şəhər sakini,1989-cu il təvəllüdlü Xəyal İbrahimov idarə etdiyi “Daewoo” markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan Ağaxan Muradovun sürdüyü “Azsamand” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hər iki sürücü xəstəxanaya çatdırılıb. Lakin tibbi yardım göstərilməsinə baxmayaraq Xəyal İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO














