Bakıda dəhşətli qəza: ölən var

Bakıda sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib. avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yol-nəqliyyat qəzası baş verib. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Shacman" markalı yük avtomobili yola aşıb və sürücü 1991-ci il təvəllüdlü Elton Lütvü oğlu Qədirov avtomobilin altında sıxılmış vəziyyətdə qalaraq hadisə yerində vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə ağır yük qaldırma qabiliyyətinə malik qaldırıcı kranın köməkliyi ilə aşmış avtomobili qaldıraraq E.Qədirovun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri də görüblər.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












