Bakıda dönmə əməliyyatı edən avtomobillər toqquşub - XƏSARƏT ALAN VAR - FOTO

Bakıda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi bazarı yaxınlığında qeydə alınıb.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, hadisə Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində qeydə alınıb.
"Cavid Əliağa oğlu Xudaverdiyevin etibarnamə əsasında idarə etdiyi 10-MX-646 dövlət nömrə nişanlı "Mitsubishi Galant" markalı avtomobillə Mehman Məhəmməd oğlu Nəcəfovun etibarnamə əsasında idarə etdiyi 77-MO-698 dövlət qeydiyyat nişanlı "Nissan Note" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində Nailə Rafiq qızı Xudaverdiyeva xəsarət alıb. Faktla bağlı araşdırma aparılır ",- deyə R. Əhmədli bildirib.
Yasamalda iki eyni marşrut avtobusu toqquşdu - VİDEO
Gəncədə avtobus öncə “KIA” ilə toqquşdu, sonra ağaca çırpıldı - VİDEO
Yevlaxda ağır qəzada iki nəfər öldü - FOTO
100 nömrəli avtobus yolayrıcında qəza TÖRƏTDİ - VİDEO
“20 Yanvar”da qəza - Motosikletçi öldü - FOTO
Azərbaycanda yol qəzalarında 500 nəfər ölüb
Siyəzəndə maşın "KamAZ"la toqquşdu - Ölən var
Xaçmazda AĞIR QƏZA: Ölən və yaralılar var
Bakıda turistləri daşıyan avtobus qəzaya düşdü: Yaralanan var
“BMW” “Qazel”ə çırpıldı, hər iki sürücü yaralandı - VİDEO
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO












