Bakıda faciəvi avtobus qəzası; 2 ölü

Bakıda sərnişin avtobusu iki piyadanı vurub. Avtosfer.az-ın Lent.az-a istinadən verdiyi məlumatına görə, hadisə Nizami rayonu ərazisində, Babək prospekti 90 ünvanının qarşısında baş verib. 1985-ci il təvəllüdlü Cəfərov Süleyman Xalid oğlu idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu ilə 2 piyadanı vurub. Hər iki şəxs aldıqları xəsarətdən hadisə yerində keçinib. Bildirilir ki, qəzanı törədən avtobus 50 saylı xətt üzrə sərnişindaşıma ilə məşğul imiş. Avtobusun vurub öldürdüyü şəxslərin kimliyi isə aparılmış araşdırmalardan sonra məlum olub. Ölənlər 1964-cü il təvəllüdlü Zeynalov Cabir Muxtar oğlu və 1984-cü ildə anadan olmuş Rzayev Şahin Kamil oğlu olub.
Qəzanı törədən avtobus sürücüsü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












