Bakıda gecə “yol terroru”: 1 ölü, 3 yaralı - VİDEO

Gecə paytaxtın Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az ans press-ə istinadən xəbər verir ki, zəncirvari qəza rayonun Şərifzadə küçəsində baş verib. Müəyyən edilib ki, “Mercedes” markalı avtomobil adıçəkilən küçə ilə yüksək sürətlə hərəkətdə olarkən sürücü qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarinda dayanmış Tərlan Heybətova məxsus “Ford” markalı yük avtomobilinə və Yavər Məmmədova məxsus “Mercedes” markalı digər minik maşınına çırpılıb. Zərbənin təsiri nəticəsində yük avtomobili də qarşısında dayanmış digər “Opel” markalı avtomobilə zərər yetirib. Hadisə bununla da bitməyib. Sürəti yüksək olduğundan qəzaya səbəb olan “Mercedes” markalı avtomobil yol kənarındakı Namiq Məmmədova məxsus “Opel” markalı nəqliyyat vasitəsinə çırpıldıqdan sonra yolun hərəkət hissəsinə düşüb. Sürücü avtomobildə sıxılıb qaldığından hadisə yerinə təcili tibbi yardımla yanaşı FHN-in Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Xüsüsi alət və avadanlıqların köməkliyilə sürücü xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.
Məlumata görə, “Mercedes” markalı avtomobili Əlixan adlı şəxs idarə edirmiş. Qəza nəticəsində həmin sürücünün elə hadisə zamanı dünyasını dəyişdiyi məlum olub. Onun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan sərnişinlər Şərəf Məlikov, Tahir Salayev və adı Xalid olan daha bir gənc ağir bədən xəsarətləri alıb. Yaralılara hadisə yerində olan Təcili Tibbi yardım briqadasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərdikdən sonra onlar 1 saylı Xəstaxanaya aparılıb. Xəstəxanadan aldığımız məlumata görə, yaralıların vəziyyəti ağır olaraq qalır. Qəza nəticəsində yararsız hala düşmüş avtomobil isə evakuator vasitəsiylə hadisə yerindən uzaqlaşdırılıb.
Faktla bağlı Yasamal Rayon polis idarəsində istintaq araşdırmaları aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR













