Bakıda “Gelandewagen” qəza törədib, 7 nəfər xəsarət alıb - FOTO - VİDEO

Qəzada yaralananların vəziyyəti məlum olub.
3 saylı xəstəxanadan APA-ya verilən məlumata görə, xəsarət alan 7 nəfərdən dördünə ilkin tibi yardım göstərilərək evə buraxılıb. Digər 3 nəfər - 1960-ci il təvəllüdlü Talıbov İsmayıl Ağalar oğlu, Rüstəmov Seymur Eyvaz oğlu və Salmani İsgəndər Musa oğlu vəziyyətləri ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
01.43
Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Mehdi Abbasov küçəsində baş verib.
“Mercedes Gelandewagen” markalı avtomobilin sürücü Bəkir Çobanzadə küçəsində yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirərək əks yola çıxıb. Bu zaman avtomobil qarşıdan gələn “Mercedes” markalı mikroavtobusla, daha sonra isə “Opel” markalı maşınla toqquşub. Qəza nəticəsində iki avtomobil deformasiyaya uğrayıb. Ümumilikdə 7 nəfər xəsarət alaraq 3 nömrəli xəstəxanaya yerləşdirilib.
Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Əlavə məlumat veriləcək.
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO












