Bakıda maşın dairəyə çırpıldı, sürücü öldü - FOTO

Bu gecə Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya istinədən xəbər verir ki, 31 yaşlı Allahverdi Qəzənfər oğlu Əsgərov "Mitsubishi" markalı nəqliyyat vasitəsi ilə Sulutəpə qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olarkən Xocahəsən dairəsində qəflətən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi dairəyə çırpılıb. Zərbənin təsiri güclü olduğundan maşın bir neçə dəfə yuvarlanaraq yolun digər istiqamətinə düşüb. Qəza nəticəsində sürücü Allahverdi Əsgərov hadisə yerində dünyasını dəyişib. Hadisə yerində araşdırma aparan Yol Patrul Xidməti əməkdaşlarının gəldikləri ilkin qənaətə görə, qəza yüksək surət və havanın dumanlı olması səbəbindən baş verib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat idarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












