Bakıda maşında sekslə məşğul olan sürücü öldü - FOTO - YENİLƏNİB

Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərova küçələrinin kəsişməsində qeydə alınıb. Sürücü Ramil Həbi oğlu Hacıyev idarə etdiyi “Toyota” markalı avtomobillə Cəlil Məmmədquluzadə küçəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb və sonra bir neçə dəfə aşıb. Qəza zamanı sürücü Ramil Hacıyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Aldığımız məlumata görə, avtomobildə qadın sərnişin də olub. Lakin həmin şəxs qəzadan xəsarətsiz xilas ola bilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
***
Bakıda ölümlə nəticələnən qəzanın baş verməsinin bəzi təfərrüatları məlum olub. “Report”un məlumatına görə, hadisədən əvvəl sürücü Ramil Hacıyev yolda bir xanımla tanış olaraq onu avtomobilə əyləşdirib. Maşında isə həmin xanımla sürücü R.Hacıyev arasında səmimi münasibətlər yaranıb və sekslə məşğul olmağa başlayıblar. Başı xanıma qarışan sürücü Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərova küçələrinin kəsişməsində idarəetməni itirib. Nəticədə sürücü R.Hacıyevin idarə etdiyi “Toyota” markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb və aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan qadın sərnişin qəzadan xəsarətsiz xilas ola bilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
















