Bakıda motosikletçi qəza törətdi, xəsarət alan var

Qəzalar 2 Sentyabr 2020 08:22
Bakıda motosikletçi qəza törətdi, xəsarət alan var
WhatsApp kanalımıza abunə olun

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Sürücü, 1983-cü il təvəllüdlü Paşayev Vüqar Rüstəm oğlu motosikletə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton maneəyə çırpılıb. V.Paşayev hadisə zamanı müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1560
ŞƏRH YAZ
Ad

E-mail

Şərh