Bakıda ölümlə nəticələnən daha bir yol qəzası

Sabunçu rayonunun Maştağa qəsəbəsində isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə qəsəbənin Xanlar küçəsində qeydə alınıb. "Mersedes" markalı minik avtomobillə Buzovnadan Maştağa istiqamətində hərəkətdə olan Nizami Ramiz Oğlu Quliyevin qarşısına qəflətən 2 piyada çıxıb. O, piyadalardan birini vurub. Hələlik kimliyi bilinməyən piyada aldığı xəsarətdən hadisə yerində keçinib. Hadisədən dərhal sonra əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Hadisə yerinə baxış keçirilib. Meyit isə müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə göndərilib. Qəzanı törədən avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Sürücü Nizami Quliyev izahatının alınması üçün rayon polis idarəsinə dəvət olunub. Faktla bağlı cinayət işi başlanıb. Qəzanın hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
















