Bakıda ötüşən "Shacman"ların axırı belə oldu – VİDEO

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Xocalı prospektində qeydə alınıb. "Shacman" markalı yük maşını dayanacaqda dayanan sərnişin avtobusuna çırpılıb. 30 saylı marşrut xətti ilə hərəkət edən avtobusda hadisə zamanı sərnişinlər olub. Sərnişinlərdən ikisi - 23 yaşlı Qasımova Ləman Asim qızı və 23 yaşlı Vəliəhədova Lamiyə Teymur qızı xəsarət alıblar. Xəsarət alanlardan biri hamilə olub. Hər iki yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onlara sağ bud çanağının əzilməsi diaqnozu qoyulub.
Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı Xocalı prospekti ilə "Shacman" markalı iki yük maşını hərəkət edirmiş. Bir-biri ilə yarışan yük maşınlarından biri keçsə də, ikinci "Shacman" qarşıda dayanan avtobusa çırpılıb. Avtobus dayanacağını taksilər zəbt etdiyindən, avtobus ikinci hərəkət zolağında dayanıbmış. Elə yük maşınının sürücüsü də qəzaya avtobusun ikinci hərəkət zolağında dayanmasının səbəb olduğunu iddia edir.
Qeyd edək ki, hadisə metronun "Xətai" stansiyasının qarşısındakı piyada zolağının üstündə baş verib. Həmin vaxt keçiddən piyada keçirmiş. Xoşbəxtlikdən piyada vaxtında geriyə qaça və heç bir xəsarət almadan qurtula bilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Goranboyda AĞIR QƏZA: ÖLƏNLƏR və yaralılar var
Son iki gün ərzində 6 piyadavurma olub, 4 nəfər ölüb
Sürücü məsafəni düzgün hesablamadı, avtobus obyektə çırpıldı - VİDEO - YENİLƏNİB
Polis diqqətsiz sürücülərin törətdiyi qəza görüntülərini paylaşdı - VİDEO
Sumqayıtda avtomobilin vurduğu piyada öldü - FOTO
Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb - FOTO
“Changan” piyadanı vurub öldürdü - Aeroport yolunda qəza
Polis təqibi avtoqəzaya səbəb oldu: 2 ölü, 7 yaralı
Prospektdə idarəetmədən çıxan “Prado” işıq dirəyinə çırpıldı - VİDEO
Biləsuvarda yol qəzası - Yaralılar var - FOTO
Cəlilabadda AĞIR QƏZA: Dörd nəfər yaralanıb - FOTO - YENİLƏNİB













