Bakıda polis maşını aşırtdı - VİDEO

Binəqədi rayonunda polis əməkdaşının idarə etdiyi avtomobil sürət həddinin aşılması nəticəsində qəza törətdi. Avtosfer.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, hadisə zamanı Azadlıq prospekti ilə Rəsulzadə qəsəbəsi istiqamətində hərəkətdə olan “Nissan” maraklı minik maşını sürücünün nəzarətindən çıxaraq əvvəlcə səkilərə çırpılıb. Sürətin boyük olmasi minik avtomobilinin meyilliyi olan yamaca qalxmasına səbəb olub. Tarazlığı pozulan “Nissan” elə oradan yolun ortasına aşıb. Maşını çevrilmiş vəziyyətdə qoyan sürücü isə ərazidən uzaqlaşmağa müvəffəq olub. Əraziyə cəlb olunan Yol Patrul Xidminin əməkdaşları maşına baxış keçiriblər. Bizimdə müşahidələrimiz zamanı bəlli oldu ki, avtomobili polis əməkdaşı idarə edirmiş. Bunu deməyə əsas kimi isə maşının içərisində olan xüsusi uniformanı göstərmək olar. Hadisə yerinin müayinə bitdikdən sonra “Nissan” cərimə dayanacağına təmin edilməsi üçün evakuatora yükləndi. Binəqədi rayon Dövlət Yol Polisi İdarəsində aparılacaq araşdırmaların sonunda maşının sahibinin kimliyinə və nə üçün ərazini tərk etməsinə aydınlıq gətiriləcək.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












