Bakıda qanlı bazar: 3 ölü, 13 yaralı

Bakıda üç nəfərin ölümü ilə nəticələn ağır yol qəzası baş verib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Buzovna-Maştağa yolunda qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Rəşad Yavər oğlu Nurullayevin idarə etdiyi 10-MC-085 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobillə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Zabit Sərdar oğlu Mayılovun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub. Qəza nəticəsində R.Nurullayev və sərnişini, 1992-ci il təvəllüdlü Elçin Məhəmməd oğlu Əliyev və “Renault” markalı avtomobildə olan sərnişin Telman adlı şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüblər, Z.Mayılov isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaların pozduqda iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
***
Son sutka ərzində Bakıda baş vermiş yol qəzaları 3 nəfərin həyatına son qoyub.Gün ərzində paytaxtda ümumilikdə 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən 3 nəfərdən başqa daha 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə respublikadakı yol qəzalarının statistikasına gəlincə, dünən ölkədə 8 yol qəzası qeydə alınıb ki, nəticədə 5 nəfər ölüb, 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər bir faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












