Bakıda qanlı gecə: ölənlər var - YENİLƏNİB

Mayın 8-nə keçən gecə Bakıda ağır yol qəzaları baş verib Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində minik avtomobili piyadanı vurub öldürüb. Azadlıq prospektində “VAZ21015”markalı avtomobil 1951-ci il təvəllüdlü İbrahimov Ramazan Yusif oğlunu vurub. Piyada hadisə yerindəcə keçinib. Daha bir ağır qəza Nizami rayonu ərazisində, Babək prospektində baş verib. APA-nın məlumatına görə, qəza nəticəsində bir nəfər dünyasını dəyişib. Babək prospekti ilə yüksək sürətlə hərəkət edən 10 UF 288 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil 10 DE 602 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobilə arxadan çırpılıb. Toqquşmadan sonra "Mercedes" yol kənarındakı bardürlərə də dəyib və aşıb. Hadisə nəticəsində "Mercedes"in şəxsiyyəti hələ dəqiqləşdirilməyən sürücüsü dünyasını dəyişib. Gecə saatlarında Bakı-Quba yolunda da ağır qəza olub. Magistralın 20-ci kilometrliyində “Land Cruiser” və “VAZ2107”markalı iki avtomobil toqquşub və “VAZ”ın sürücüsü hadisə yerindəcə keçinib.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












