Bakıda qeyri-qanuni sərnişin daşıyan avtobus yük maşınına çırpılıb, xəsarət alanlar var - FOTO + VİDEO

Bakının Nərimanov rayonunda yük avtomobili ilə sərnişin avtobusu toqquşub. Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
M-2 marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobus yüksək sürətlə hərəkət edən zaman "DAF" markalı yük avtomobilinə çırpılıb. Nəticədə sərnişin avtobusunda olan sərnişinlər - 1951-ci il təvəllüdlü Fətullayeva Züleyxa Qurban qızı və 1970-ci il təvəllüdlü Fərziyeva Həvva Ramazan qızı müxtəlif bədən xəsarətləri alıb. Həmçinin yük avtomobilinin sürücüsü də xəsarət alıb. Yaralılar 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayev bildirib ki, qəzaya uğrayan avtobus "Çinar Trans" MMC-nin balansındadır. Avtobusun sürücüsü Məlikov Təravət Tapdıq oğlu M-2 ekspres xəttinə aid lövhədən istifadə edərək qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub: "Məlumat üçün bildiririk ki, hadisə baş verən vaxt ekspres xətt avtobusları xidmətdə olmayıb və qəzanın qeydə alındığı ünvan M-2 xəttinin hərəkət sxeminə aid deyildir".
Hadisə və qeyri-qanuni sərnişindaşıma faəliyyəti ilə əlaqədar izahat verməsi üçün "Çinar-Trans" MMC-nin direktoru İsmayıl Hüseynov Bakı Nəqliyyat Agentliyinə çağırılıb.
BNA rəsmisinin sözlərinə görə, "Çinar-Trans" MMC-nin müvəqqəti istismarında olan marşrut xətləri üzrə sərnişindaşımalarında çatışmazlıqlar müşahidə olunur. Bununla bağlı sərnişinlərdən də çoxsaylı müraciətlər daxil olur. Çatışmazlıqların həllinə dair daşıyıcı şirkət qarşısında tələblər qoyulub. Təsirli tədbirlər görülmədiyi təqdirdə müvafiq marşrutlar üzrə fəaliyyətinə son qoyulacağı ilə bağlı sonuncu dəfə xəbərdarlıq edilib. (APA)
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB










