Bakıda qəza: sürücü yaralı sərnişini qoyub qaçdı

Gecə Bakının Binəqədi rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, hadisə zamanı Bakı Beynalxalq Avtovağzalının yaxınlığında Xırdalan istiqamətindən 20 yanvar dairəsinə doğru hərəkətdə olan “Daewoo” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil beton yolayrıcına çırpılıb daha sonra isə nəqliyyat vasitəsi aşıb və avtomobil yanmağa başlayıb. Qəzadan sonra hadisə yerinə polislərlə yanaşı, təcili tibbi yardım və yanğından mühafizə xidmətinin əməkdaşları da cəlb olunub. Yanğının qarşısı alınandan sonra sürücü və sərnişin avtomobildən çıxarılıb. Bundan sonra xəsarət alan sürücü tibbi müaynələrdən imtina edərək hadisə yerindən qaçıb. Maşında olan digər yaralı isə bir saylışəhər klinik xəstəxanasına çatdırılıb. Qəza ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.
Qəzanın hansı şarəitdə baş verməsi bu araşdırmalardan sonra məlum olacaq.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










