Bakıda qəza törədən sürücü hadisə yerindən qaçdı - VİDEO

Bakıda baş verən qəza anı avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 9-da, paytaxt küçələrinin birində baş verib. Görüntünü qeydə alan sürücü bildirir ki, svetoforun sağ dirəyində yaşıl işıq sönülü olduğu üçün dayanmağa məcbur olub. Bu zaman arxadan gələn 99-OP-558 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü onun maşınının güzügüsünü vuraraq sındırıb: “Yolun kənarına keçib dayandıq və avtomobillərin zədələnmiş hissələrinə baxış keçirtdik. Qəzaya səbəb olan sürücü günahı öncə boynuna almadı. Lakin mən ona izah edərək bilirdim ki, sən sol zolaqda düzgün yerləşsəydin mənim maşınıma toxunmayacaqdın. İki zolağın arası ilə gəldiyin üçün qəza baş verdi. Səhvini anlayan sürücü avtomobilimi düzəltdirəcəyinə söz verdi. Biz hadisə yerindən uzaqlaşdıqdan sonra ona nə qədər zəng etsəm də telefonuna zəng çatmadı” – deyərək zərərçəkmiş sürücü bildirib.
Qeyd edək ki, zərərçəkmiş sürücü hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi şəkildə müraciət etdiyini bildirib.
Fərid
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO












