Bakıda qəzaya uğrayan maşın tamamilə yandı - FOTO - VİDEO

Bir qədər əvvəl Bakıda yol-nəqliyyat hadisəsi baş verib, qəzaya uğrayan maşın yanıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Koroğlu" metrostansiyasının yaxınlığında baş verib. "Opel Mokka" markalı, 10 EA 020 dövlət nömrə nişanlı avtomobil Heydər Əliyev prospekti ilə şəhər mərkəzi istiqamətində yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil prospektdə əsas və köməkçi yolları ayıran arakəsməyə çırpılıb. Daha sonra avtomobil bir neçə metr sürüşüb və yanmağa başlayıb. Yüngül xəsarət alan sürücü alışan maşını tərk edə bilib.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb edilib. Qəzaya uğrayan avtomobil tamamilə yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
















